Xaldan kənd məktəbində “EKO-Park” layihəsi

0
unnamed (7)

Elm və Təhsil Nazirliyinin VIII qrant müsabiqəsi çərçivəsində Xaldan kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “Eko könüllülərlə birlikdə Yaşıl Zona Parkının yaradılması” layihəsi uğurla davam etdirilir.

Hazırda layihə çərçivəsində parkın infrastrukturunun qurulması istiqamətində bir sıra mühüm işlər görülüb. Park ərazisində daş səkilər yerləşdirilib, gediş-gəliş üçün rahat yollar salınıb.

Eyni zamanda oturacaqlar quraşdırılaraq şagirdlər və məktəb icması üçün istirahət məkanı yaradılıb.

Bundan əlavə, şagirdlər ağacəkmə aksiyasını uğurla davam etdirirlər. Onlar ekoloji tarazlığın qorunması, təbiətə qayğı və yaşıllıqların artırılması məqsədilə müxtəlif növ fidanlar əkərək parkın daha da yaşıllaşmasına töhfə verirlər.

Layihə təkcə abadlıq məqsədi daşımır, həm də məktəblilərin ekoloji biliklərinin artırılması, təbiətə qarşı həssas yanaşmanın formalaşdırılması və ekoloji könüllülük ruhunun inkişaf etdirilməsi hədəflənir. Layihə çərçivəsində şagirdlər ekoloji davamlılıq, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə mövzularında maarifləndirilir.

Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır. EKO-Parkın yaradılması məktəbin şagird və müəllimlərinin daha sağlam və yaşıllıqlarla əhatələnmiş ekoloji mühitdə təhsil almasına imkan yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir