Uşaq İncəsənət Məktəbinin şagirdləri konsert verdi

0
IMG-20250514-WA0086

May ayının 14-də Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasimov adına Uşaq İncəsənət Məktəbinin Fortepiano müəllimləri Nuriyeva Günay və Sevinc Mirzəyevanın sinif konserti keçirilib.


Konsertdə incəsənət məktəbinin şagirdlərinin ifasında maraqlı musiqi nömrələri səslənib.

F.Əmirov, P.İ.Çaykovski, S.Maykapar klassik əsərləri, V.Mustafazadənin “bayatı şiraz”ifa olunub. Şagirdlərin ifasında ”Soyuq günəş filmindən Yarqunatın mahnısı,”Arşın mal alan” operettasından duet alqışlarla qarşılanıb.

Konsert proqramının daha rəngarəng olması üçün şagirdlərin maraqlı rəqs nömrələri nümayiş olunub. “Banu”rəqs qrupunun üzvü Zəhra İsmayılovanın” İspan” rəqsi konsertə əlavə çalarlar qatıb.

Qeyd edək ki,”Banu”rəqs qrupunun bədii rəhbəri Mələk Tağıyevanın şagirdlərinin səsi nəinki ölkə daxilindən,hətta xarici ölkələrdən də eşidilir.


Günay və Sevinc müəllimənin şagirdlərinin konserti maraqlı proqram ilə davam edib.
Konsertdə İncəsənət məktəbinin direktoru Səttar Rizvanoğlu,məktəbin müəllimləri,valideyinlər iştirak edib. Şagirdlərin ifasında təqdim olunan konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir