Tamaşadan daha dramatik:

teatrda təzyiq, saxta imzalar və ədalətin zəfəri!

0
InShot_20250422_162751671

Bir müddət əvvəl Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan yazıçı Elçin Məhərrəm, teatrın direktoru İntiqam Soltanla aralarında yaranan şəxsi mübahisə zəminində qərəzli şəkildə işdən uzaqlaşdırılmışdı.

Hadisədən sonra yazıçı hüquqlarını müdafiə etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdi.
2024-cü il 11 dekabr tarixində keçirilən məhkəmə prosesində Elçin Məhərrəm qalib gəlmişdi. Qarşı tərəfin apellyasiya şikayəti əsasında işə Şəki Apellyasiya Məhkəməsində baxılıb.
2025-ci il 15 aprel tarixində keçirilən apellyasiya prosesində də yazıçı yenidən qalibiyyət qazanıb. Qeyd edək ki, hər iki məhkəmə instansiyasında onu peşəkar vəkil Ruhiyyə Kərimli təmsil edib.

Elçin Məhərrəm:
“Bu müddət ərzində saysız-hesabsız əngəllərlə və təzyiqlərlə qarşılaşdım. Məhkəmə prosesində mənim əleyhimə teatr işçilərini çıxartdılar. İntiqam Soltan vəzifəsindən istifadə edərək, insanların bir tikə çörəyə möhtac olduğunu yaxşı bildiyi üçün əleyhimə imza topladı. Hətta bəzi imzalar saxta idi. Onun göstərişi ilə işdə olmayanların adından da imzalar atıldı. Lakin nəticə etibarilə ədalət öz yerini tapdı. Teatrın bir çox əməkdaşı sonradan mənə yazaraq və ya zəng edərək etiraf etdilər ki, məhkəməyə məcburiyyət qarşısında gətirilib, imzalardan isə xəbərləri olmayıb. Hələ elə məqamlar var ki, tamaşaçıları nəzərə alaraq açıqlamaq istəmirəm – çünki bu, onları iyrəndirə bilər.”

azxeber.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir