Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaq nevroloji sanatoriyasında böyüyən sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, mərkəzi şəhər xəstəxanasının rəhbərliyi, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Sanatoriyada böyüyən 20 uşaq qonaqların gəlişini sevinclərlə qarşıladılar, rəqs etdilər, əyləndilər, şəkillər çəkdirildi.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik etdi, sağlamlıq arzuladı. Ölkə Prezidenti İlham Əliyev və birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaqlara göstərilən xüsusi diqqətdən söz açdı. Uşaqlar üçün idman və sağlamlıq mərkəzlərinin yaradılmasını, sağlamlıq imkanları məhdid uşaqların müalicəsinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı.

Sonda uşaqlara hədiyyələr təqdim edərək onları əziz bayram münasibəti ilə təbrik etdi.
Esmira Hidayətova, Mingəçevir