Şəkər tozunun çəkisi az çıxıb – Vətəndaş narazıdır
Azerşəkər MMC-yə məxsus qablaşdırılmış şəkər tozu ilə bağlı narazılıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, bir vətəndaş marketdən aldığı, üzərində “50 kiloqram” qeyd olunan şəkər tozu kisəsinin çəkisinin əslində 48.5 kiloqram olduğunu iddia edir.
Vətəndaşın sözlərinə görə, məhsulu alandan sonra tərəzidə çəkməyi qərara alıb və nəticədə çəkidə 1.5 kiloqramlıq fərq aşkar edib. O, bu halı qeydə alaraq öz şəxsi sosial şəbəkə hesabında video şəklində paylaşıb. Paylaşım qısa müddətdə sosial mediada yayılıb və bir çox istifadəçinin diqqətini cəlb edib.
Hazırda məsələ ilə bağlı Azerşəkər MMC tərəfindən rəsmi açıqlama verilməyib. Lakin vətəndaşlar bu cür halların təkrarlanmaması üçün aidiyyəti qurumların nəzarəti gücləndirməsini tələb edirlər.
Aran Media olaraq vətəndaşın sosial şəbəkədə paylaşdığı videonu sizlərə təqdim edirik.