Mingəçevirdə Uşaq İncəsənət Festivalının I seçim turuna start verildi

0
InShot_20250427_191921975

Bu gün Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının I seçim turunun başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhər Üzeyir Hacıbəyov adına 11 illik musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri fəal iştirak ediblər.

Tədbir zamanı “Xarıbülbül” ansamblı və “Qaytağı” rəqs qrupu ritmik musiqi nömrələri ifa edib, rəqs performansları nümayiş etdiriblər.

 

Qeyd edək ki, “Xarıbülbül” ansamblının bədii rəhbəri Amil Həsənov, “Qaytağı” rəqs qrupunun bədii rəhbəri isə Diqqət Sadıqovdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir