Mingəçevir şəhər İcra başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib

0
IMG-20250511-WA0000

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 8-də keçirilib.


1 saylı tam orta məktəbdə keçirilən görüşdə H.Əliyev, Ş.İ.Xətai, N.Nərimanov, küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Polis şöbəsinin,Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.


Görüşdə çıxış edən sakinlər görülən abadlıq-quruculuq işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən bəhs etdilər.

Sakinlər binaların dam örtüyünün təmiri, yaşıllıqların suvarılması, işıq dirəklərinin təmiri, mənzillə, işlə təminat və başqa problemlərin aradan qaldırılmasını xahiş etdilər.


Sakinlərin diqqətə çatdırdıqları problemlərə münasibətini bildirən şəhər rəhbəri əlaqədar idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verdi və vətəndaşları narahat edən hər bir çatışmazlığın həllinin nəzarətə götürüldüyünü, tezliklə müsbət nəticələrin əldə olunacağını bildirdi.

Esmira Hidayətova, Mingəçevir

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir