İcra başçısı növbəti könüllüləri qəbul etdi
Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.

Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 5 gənc qəbul edildi. Onlardan 4-ü Nuruzadə Lalə, Nağıyeva Təranə,Şirinova Cəmilə,Kərimova Aysel –MDU-nun tələbələri, digər Süsən Həsənova isə İqtisad universitetini bitirib.

Könüllülər özlərini təqdim etdikdən sonra təcrübə müddətində bir çox biliklərə yiyələnəcəklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildirdilər. İcra Hakimiyyətinin könüllülər üzrə koordinatoru Taryel Şükürov məlumat verərək bildirdi ki, bu dəfə 5 gənc könüllü təcrübə keçmək üçün ŞİH-nə cəlb olunur.

İndiyə qədər 66 gənc könüllük fəaliyyətinə qəbul olunub və onların hər biri 2 ayın yekununda İcra Hakimiyyəti tərəfindən şəhadətnamə ilə təmin olunub.
İcra başçısı İlham İsmayılov Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilidiyini bildirib. Qeyd edib ki,respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzuladı.
Esmira Hidayətova,Mingəçevir.