Heç kim unudulmur, heç nə yaddan çıxmır
Elnur Qebedov 1978-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olub. 1984-1995-ci illərdə Qazma kənd 1 nömrəli orta məktəbini əla qiymətlərlə bitirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunur. Təhsil müddətində o taqım komandirinin müavini vəzifəsində xidmət edir. 1999-cu ildə məktəbi qırmızı diplomla bitirib hərbi xidmətə başlayır.
Elnur Qebedov “Vətən Müharibəsi Qəhrəmanı” 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərin idarə edilməsində iştirak edən komandirlərdən biri olub. — III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı
— III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
— II dərəcəli “Qüsursuz xidmətə görə” medalı
— “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
— “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
— “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
— “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(9 dekabr 2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı (2 fevral 2024) — “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı
Azərbaycan öz qəhrəman oğulları ilə fəxr edir.
Esmira Hidayətova,Mingəçevir.