50 ildən sonra məzunlar bir araya gəldilər – FOTO-VİDEO

0
IMG-20250525-WA0055

Mingəçevir 13 saylı məktəbinin 1975-85-ci il məzunları və müəllimləri, 50 illik ayrılıqdan sonra bir araya gəldilər. Bu dərsə qatılmaq üçün demək olar ki, heç kəs qalmaq istəməyib. Lakin, müxtəlif səbəblərdən ötəri, ölkənin müxtəlif guşələrində yaşayan bəzi məzunlar görüşə qatıla bilməyib.

 

Əvvəlcə, məzunlar sevimli ilk müəllimləri Minayə Məmmədova, Elmira və Əlisahib müəllimlərlə mehribanlıqla görüşdülər. Bu görüş onlara 50 il əvvəlki, şirin məktəb illərini bir anlıq yenidən yaşamağa imkan verdi.

Hər biri o illərə dönərək kövrəldi, xatirələri ilə yenidən bir-birinə yaxınlaşdılar. Məktəb illərindəki mehriban sinif yoldaşlıqları indi də davam edir, bu görüşlər onların səmimi münasibətlərini və dostluqlarını bir daha sübut etdi.

Bu görüş, 25 may 2025-ci ildə baş tutaraq, məzunların ömürlərinin ən əziz günü kimi yaddaşlara həkk oldu. Məzunların hamısı görüşdən çox razı qaldıqlarını və bu təkrarlanan bir anın onlar üçün çox önəmli olduğunu bildirdilər. Hər biri bu görüşə gəlmək üçün bütün işlərini təxirə salmış, vaxtlarını ayırmışdılar.

Sərin və yaşıl bir məkanda toplaşaraq, keçmişə bir daha nəzər saldılar, əyləndilər, dərdləşdilər. Və o an, ömürlərinin bir günü, ən xoş duyğularla yaddaşlara həkk olundu.

Məzunlar və müəllimlər, bu gözəl görüşün təşkilinə dəstək olan yoldaşlarına təşəkkürlərini bildirdilər və gələcəkdə də belə görüşlərin davam etməsini arzu etdilər.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir