Qələbə” adlı teatral kompozisiya nümayiş olundu

0
WhatsApp Şəkil 2025-11-09 saat 23.39.58_ce5b5021

Mingəçevir Dövlət Dram Teatrında “Qələbə” adlı teatral kompozisiya nümayiş olundu
8 noyabr – Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında “Şanlı Qəlbəmizin” beş illik yubileyinə həsr olunan “Qələbə” adlı teatral kompozisiya nümayiş olunub. Tədbir saat 12:00-da başlayaraq teatrsevərlərə unudulmaz anlar yaşadıb.


Ssenari müəllifi və quruluşçu rejissoru Prezident mükafatçısı Cavid Təvəkkül olan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Kompozisiyada Zəfər ruhunu, qəhrəman əsgərlərimizin igidliyini və xalqımızın sarsılmaz birliyini əks etdirən səhnələr yer alıb.


Tamaşa boyu səslənən zəfər ab-havalı şeirlər tamaşaya xüsusi emosional təsir qatıb. Bu nümunələr tanınmış şairlər İlqar Fəhmiyə və Ramiz Qusarçaylıya aiddir.

Onların poetik misraları səhnədəki dramatik duyğuları daha da gücləndirib və izləyiciləri Vətən müharibəsinin qürur dolu anlarına qaytarıb.


Kompozisiyanın bədii tərtibatında və aktyor ifalarında milli ruh, vətənpərvərlik duyğusu və səhnə mədəniyyəti harmonik şəkildə birləşib.

İbrahim Tüksoy Salamov haqqında

Tamaşanın iştirakçılarından biri – İbrahim Tüksoy Salamov, Mingəçevir Dövlət Dram Teatrının istedadlı aktyorlarındandır. O, səhnədəki təbii oyun tərzi və emosional ifadə bacarığı ilə seçilir. İllərdir teatr səhnəsində müxtəlif janrlarda çıxış edən aktyor bu dəfə də tamaşaçılardan yüksək rəğbət qazanıb. Onun ifasında Zəfər mövzusunun dərin emosional yükü və vətənpərvərlik ruhu tamaşanın təsir gücünü artırıb.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir