Türkiyədə 14 mayda keçiriləcək Parlament və Prezidentlik seçkiləri ilə bağlı seçki yarışı davam edir. Siyasi partiya təmsilçilərinin xalqa verdiyi açıqlamalar mediada böyük maraq oyandırır.
Xeberler.info xarici mətbuata istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) başqanı Mansur yavaş Millət İttifaqının hakimiyyətə gələcəyi təqdirdə PKK lideri, terrorçu Abdullah Öcalanı həbsdən buraxacağına dair AKP propaqandasına belə cavab verib:
“Öcalanı çıxararsınızsa, siz çıxararsınız, dedim. Nəyə söykənərək söyləyirəm? Bu hökumət terror təşkilatı liderinin yararlanması üçün “Peşimanlıq qanunu” təklifini verdi. CHP-nin etirazı ilə o maddəni geri çəkdilər. Uşaq qatilini heç kim həbsdən çıxara bilməz. 360 səs lazımdır. Bir də ictimai rəyi inandırmaq gərəkdir. Əli qanlı terrorçu cəza evindən çıxa bilməz. Kimsənin gücü yetməc. Bəzi HDP-lilər öz elektratından səs almaq üçün propaqanda edirlər. Buna dəstək verən bir Allahın qulu yoxdur. Səmimi olmaq lazımdır. Əsla və əsla çıxara bilməzlər. Heç bir bazarlıq yoxdur. Belə bir şey gəlsə, kim razı olacaq? Bunlar, sadəcə iqtidarın istifadəsinə yarayan arqumentlərdir. Ankarada mənim seçkimdə də etdilər. Bir yerlə kontrollu olaraq bu çıxışları edirlər. “Kandildən baş terrorçulardan biri “Niyə bizim üzərimizdən siyasət edirsiniz? AK Partiya-dan bir neçə dəfə bizimlə görüşdülər. Ən çox bunlarla görüşdük. Nədən şikayət edirlər?”
Bunların heç birinə etibar etməmək lazımdır. Türkiyə güclü bir dövlətdir. Əsla terrorçuların dediyi olmaz. Kandil silahı tərk etmədiyi təqdirdə, o Pilotsuz Uçan Aparatlar oranı bombalayacaq. Bu qədər bəsit. Əsla terroçuların dediyi olmaz. Silah əllərəindən düşmədiyi müddətdə, dövlətin eyni yanaşması davam edəcək. Bu sözlər seçki uduzduracaqsa, uduzdursun. Yalanmı söyləyəcəm? Orada siz cinayət işləyəcəksiniz, biz bu tərəfdə seyr edəcəyik. Elə şey olarmı?”
Tərcümə: Arzu Sayadoğlu
Xeberler.info
Şərh yaz