Dələduzluqda təqsirləndirilən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan şikayət verib. Bu barədə APA məlumat yayıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsi şikayətin əsassız sayıldığı barədə qərar qəbul edib.
Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub və barəsində 2 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Anar bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.
Anarın ölkədən çıxışına da qadağa qoyuldu.
Xeberler.info
Şərh yaz