Bakı/20.04.23 /Turan: Cümə günü, aprelin 21-də günorta saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s, 23 m/s-dək güclənəcək. Bu barədə Ekologiya Nazirliyinin proqnozları məlumat yayıb.
Aprelin 21-də ölkənin rayonlarında vaxtaşırı leysan olacaq, bəzi yerlərdə yağış intensiv olacaq, dolu ehtimalı var.
Yüksək hündürlükdə yerləşən ərazilərdə qar yağa bilər.
Aprelin 22-23-də dağlıq və dağətəyi rayonlarda yağıntı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s olacaq.
Aprelin 24-ü axşamdan başlayaraq 25-i axşama kimi yenidən leysan xarakterli yağış, dağlıq ərazilərdə qar yağacaq. —05B06—
+
Şərh yaz