xeberler
Xeberler » İranın Sənaye naziri vəzifəsini tərk edir

İranın Sənaye naziri vəzifəsini tərk edir

İranın Sənaye naziri vəzifəsini tərk edir

 

Xeberler.info

 

Bu gün İranlı nazirin impiçment məsələsinə baxılıb.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

İran parlamenti İranın sənaye, mədən və ticarət naziri Seyid Reza Fatemi Əminə etimadsızlıq göstərib, ona impiçment elan edilib.

Parlamentin üzvlərinin 162 nəfəri nazirin vəzifədən uzaqlaşdırılmasına, 102 nəfər isə vəzifədə qalması üçün səs verib. Nəticədə nazirə etimadsızlıq göstərilib.

Parlamentin iclasında İran Prezidenti İbrahim Rəisi də iştirak edib.

Prezident Rəisinin nazirlə bağlı sərəncam imzalaması gözlənilir.

Beləliklə, sənaye, mədən və ticarət naziri Seyid Rza Fatemi Əmin vəzifəsi ilə vidalaşır.

 

 

***

14:29

İranın sənaye, mədən və ticarət naziri Seyid Reza Fatemi Əminin İslam Şurası Məclisi tərəfindən impiçment məsələsinə baxılır.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata əsasən, nazirin impiçment olunmamaq üçün millət vəkillərinə 75 bahalı avtomobil verdiyi bildirilir.

İclasda çıxış edən nazir Fatemi Əmin isə ittihamlarla razılaşmayıb.

Parlamentin iclasında İran Prezidenti İbrahim Rəisi də iştirak edir.

 

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed