İlon Mask süni intellekt sahəsində tədqiqatlar aparacaq X.AI şirkətini təsis edib.
Məlumata görə, milyarder şirkətin yeganə siyahıya alınmış direktorudur. Ailə investisiya şirkəti olan “Excession” şirkətini idarə edən Cared Birchall şirkətin katibi siyahısına daxil edilib.
Həmçinin bildirilir ki, sahibkar aktiv şəkildə işçi axtarır. Maskın məşhur “ChatGPT” şirkətini yaradan “OpenAI” şirkəti ilə rəqabət aparmaq üçün süni intellekt startapı açmaq niyyətində olduğu bildirilir.
İddiaya görə, birjanın ən varlı adamlarından biri hazırda süni intellekt sahəsində çalışan mütəxəssislərdən ibarət komanda toplayır və startap üçün kapital toplamaq məqsədilə Tesla və SpaceX-dən investorlarla danışıqlar aparır.
Xeberler.info
Şərh yaz