Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonunun Xanməmmədli-Qaçakənd-Qırmızıkənd-Xol Qarabörk-Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Xeberler.info Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli-Qaçakənd-Qırmızıkənd-Xol Goranq-Xəzər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş avtomobil yolunun tikintisinin başa çatdırılması üçün lazım olan maliyyə vəsaitini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ayırsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salyan rayonunun Şorsulu, Borankənd, Seyidlər, Gündüzkənd, Sarvan, Bəydili, Qızılağac və Almalı kəndləri ilə dövlət sərhədi magistral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Borankənd, Seyidlər, Gündüzkənd, Sarvan, Bəydili, Qızılağac və Almalı kəndləri ilə dövlət sərhədi magistral avtomobil yollarını birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Şərh yaz