İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Xeberler.info Bunu “Sputnik Armeniya”ya müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
“Ən acınacaqlısı odur ki, dünən baş verən hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ qazandıq. Bu, bizim üçün müstəsna fürsət idi”.
Giloyanın sözlərinə görə, Ermənistan tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və sübut etməyə çalışır ki, idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur.
“Vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın”, – deyə Giloyan bildirib.
Bununla yanaşı nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq olunmaz. Onun sözlərinə görə, hadisə baş verən zaman həmin məkanda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Conflitti də olub.
Xeberler.info
Şərh yaz