Vaşinqton D.C./26.04.23/Turan: Çərşənbə axşamı Dövlət Departamenti son zamanlar baş vermiş uğursuzluğa baxmayaraq, Qarabağ məsələsində “dərin məşğulluğa davam etmək” niyyətini bir daha təkrarladı. Bu barədə TURAN-ın Vaşinqton müxbiri xəbər verir.
“Böyük məsləhətçi (Lui) Bono, köməkçisi (Dereck) Hogan, katib (Antoniy Blinken)– biz bundan sonra da bu sahədə dərin məşğul olmağa davam edəcəyik”, – deyə baş katibin müavini Vedant Patel TURAN-ın suallarını cavablandırarkən gündəlik brifinqdə bildirib.
“… Siz öz gözlərinizlə bilirsiniz ki, Cənubi Qafqazda bu məsələ elə bir şeydir ki, katibin (Blinkenin) özü bunu dərindən qiymətləndirir və ona çox əhəmiyyət verir”.
Qafqaz üzrə müzakirəçi Bono, habelə dövlət katibinin köməkçisinin müavini Erika Olson ötən həftə bu bölgədə ayrı-ayrılıqda səfərdə olmuşdu. Bundan cəmi bir neçə gün əvvəl Azərbaycan Laçın koridorunda yoxlama məntəqəsinin təsis edildiyini elan etmişdi.
Patel xatırladıb ki, bazar günü departament bu addımdan dərin narahatlığını bildirib. – Açığını deyim… (nəzarət-buraxılış məntəqəsinin qurulması) sülh prosesinə inamın bərqərar olması üçün səyləri sarsıdır. Biz belə bir fikirdəyik ki, Laçın koridorunda insanların və ticarətin azad və açıq hərəkəti olmalıdır”.
Patel ABŞ diplomatları və rəsmi şəxsləri arasında Bakı və Yerevandakı danışıqların konkretini şərh etməkdən çəkinib.
Aqil Raufoğlu
Şərh yaz