xeberler
Xeberler » Diaspora Komitəsi dünyaya çağırış etdi

Diaspora Komitəsi dünyaya çağırış etdi

Diaspora Komitəsi dünyaya çağırış etdi

Dünya azərbaycanlılarının əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bəyanatda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhməd oğlu Ermənistan tərəfindən Azərbaycan əsgərlərinə əsir və işgəncə verilməsi qətiyyətlə pislənilib.

Dünya azərbaycanlıları bildiriblər ki, Ermənistan Cenevrə Konvensiyası, İşgəncələrə qarşı Konvensiya və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza, habelə digər mühüm beynəlxalq aktlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktlarını araşdırmağı, lazımi hüquqi qiymət verməyi tələb edib, və Azərbaycan əsgərlərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır:

“Təəssüf edirik ki, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhəddə hava şəraitinin kəskin şəkildə aşağı olması səbəbindən Azərbaycan ordusundan uzaqlaşan Azərbaycan hərbçiləri, 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhməd oğlu Ermənistan tərəfindən əsir götürülüblər.

Qeyd edək ki, Ermənistan mediasının yaydığı foto və videolardan görünür ki, Azərbaycan əsgərlərinə beynəlxalq hüquqi sənədlər pozulmaqla işgəncələr verilir və onlarla qeyri-insani rəftar edilir. Belə ki, videodan aydın görünür ki, Azərbaycan əsgərləri döyülüb və təhqir olunub.

“Hərbi əsirlərin müalicəsi haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə bütün hallarda insani münasibət bəsləməli və hərbi əsirlərə qarşı zorakılıq və ya hədə-qorxu hallarına məruz qalmamalıdır.

Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncələrə qarşı Konvensiya və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin, eləcə də bu ölkədə azərbaycanlılara qarşı geniş yayılmış etnik nifrət və irqçiliyin sübutu kimi çıxış edir.

Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılığı, habelə son 30 ildə Ermənistanın azərbaycanlı hərbiçilərinə və mülki əsirlərinə qarşı törədilmiş zorakılığı, 3890 nəfər itkin düşmüş şəxsi araşdırmalı və lazımi hüquqi qiymət verməlidirlər.

Biz, xaricdə yaşayan azərbaycanlılar bu cinayəti qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan dövlətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraitinə görə keçmiş Azərbaycan hərbçilərinin Ermənistanın nəzarətində olan ərazilərə dərhal və qeyd-şərtsiz buraxılmasını təmin etməyə çağırırıq.

Biz təcili olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq Azərbaycan əsgərlərinə baş çəkməyi və onların vəziyyəti barədə məlumat bildirmələrini tələb edirik.

Biz xaricdə yaşayan azərbaycanlıları bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed