xeberler
Xeberler » Çətin relyef şəraitində yerləşən kənddə vətəndaşların problemi dinlənildi – FOTOLAR

Çətin relyef şəraitində yerləşən kənddə vətəndaşların problemi dinlənildi – FOTOLAR

Çətin relyef şəraitində yerləşən kənddə vətəndaşların problemi dinlənildi - FOTOLAR

“Lerik rayonu çətin relyefdə yerləşir. Yaşadığımız Zövnə kəndində də qış ayları çox sərt keçir. Bütün kənd sakinləri adından sizdən xahiş edirik ki, bu kəndin qazlaşdırılmasına kömək edəsiniz”.

Bunu Lerik rayonunun Zövnə kənd sakini Elxan Əliyev “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə deyib.

Vətəndaşların kənd təsərrüfatı ilə bağlı problemlərini daha asan səsləndirməsi üçün Səyyar Qəbul otağı onların öz əllərində olub. Çıxış edən sakinlər təbii qazdan istifadə edə bilmədiklərini bildirərək, qarşılaşdıqları çətinliklərdən söz açıblar. Bu imkanlardan Sion əhalisi ilə yanaşı ətraf kəndlərin əhalisi də yararlanıb. Rayonun Molalan, Arta, Çeşməli, Osyodar və Duldul kəndlərinin vətəndaşları da təbii qazın verilməsini xahiş edib.

Birliyin Lənkəran Regional Qaz İstismar İdarəsinin rəhbərləri görüş zamanı müraciət edilən hər bir müraciətlə bağlı aksiya iştirakçılarına izahatlar veriblər. Onlar vətəndaşların qaz təchizatı ilə bağlı suallarını cavablandırıblar.

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed