“Xəttlərin sirri”Ülkər Həşimovanın neyroqrafika yaradıcılıq sərgisi

0
InShot_20250530_185229733

Mingəçevir Dövlət Rəsm Qalereyasında qeyri –adi neyroqrafika sənət əsərlərindən ibarət sərgi keçirilib.

Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli əvvəlcə bu qeyri-adi sənət növü ilə bağlı sərgiyə gələn iştirakçılara məlumat verib.

 

Sərgilənən sənət töhvələrindən danışan Böyükkişi Adilbəyli bildirib ki, bu qəbildən olan yaradıcı insanların yaradıcılığının davam etdirilməsi məqsədəuyğundur:” Çünki belə sənət növləri itmir.

Özün yarat,səndə bizimlə bərabər stresdən uzaq ol, bu sənət növünün rəssamlıqla heç bir əlaqəsi yoxdur.Hesab edirəm ki, neyroqrafika yaradıcılığı, rəsmi, rəngləri, incəsənəti sevən və bununla rahatlıq tapan hərkəs üçün uyğun bir terapiya metodudur.

Düşünürəm ki, insan sözlə ifadə edə bilmədiklərini vərəqə asanlıqla yansıda və problemin həlli üzərində işləyə bilər.”
Ülkər Həşimova öz seyricilərinə neyroqrafika haqqında məlumat verib .

Neyroqrafika – öz əlləri ilə müsbət dəyişikliklər etməkdir.” Neyroqrafika bildiyimiz rəsm növlərindən fərqli rəsm növüdə olmasa da art-terapiyadır.

Neyroqrafikanı çəkməyə görə xüsisi bir rəssama və ya xüsusi istedada gərək yoxdur. Neyroqrafika şəkillər beynin sakit bir vəziyyətində ortaya çıxan rəsmlərdir. Neyroqrafika – dünyanın dəyişdirilməsi üçün yaradıcı üsuldur.

Hər şeyi çəkə bilərsiniz. Hərəkət xəttlərini, həyat tərzi nümunələrini, həyat traektoriyasını, kompleks kommunikasiya vəzifələri üçün qrafik həlləri və s.

İllərdir yığılmış daxili məhdudiyyətləri aradan qaldıraraq çəkmək. Kainatın tətbiqi üçün bir təlimat olaraq qəbul edəcəyi bir şəkildə uyğunlaşdıraraq öz rəsminizi yarada bilərsiniz.

 

Neyroqrafikanı öyrənməklə, siz müxtəlif problemlərin həlli üçün şərait və alqoritmlərin idarə olunması üçün universal bir vasitə əldə edirsiniz”.

Geniş foyedə təşkil olunan sərgi iştirakçıların diqqətini cəlb etdi. Sərgidə Təhsil İşçillərinin Azad Həmkarlar İttifaqının Migəçevir Komitəsinin sədri Həqiqət Şahmuradova iştirak edib və Ülkər xanıma yeni yaradıcılıq uğurları arzulayıb.

 

Qeyd edək ki, ilk sərgisi sərgilənən Ülkər Həşimovanın
bu gün 400-dən yuxarı rəsm əsərləri nümayiş olunub. Artıq 5 ildir ki,Ülkər xanım neyroqrafik şəkillər çəkir və bundan da böyük zövq aldığını deyir.

Hər kəs bu qeyri adi rəsmlərə böyük maraqla tamaşa ediblər.
Onu da qeyd edək ki,Ülkər xanım neyroqrafika ilə bağlı bir çox təlimlərdə iştirak edib və sertifikatlar alıb.
Ülkər xanımın geniş müsahibəsi video-materilada.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir