Vətən uğrunda canını fəda edən igid — Şəhid İbrahimov Atiq Ariz oğlu

0
IMG-20250624-WA0011

İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. O, vətənə, torpağa bağlı bir ailənin övladı kimi böyümüş, uşaqlıqdan vətənpərvərlik ruhunda tərbiyə almışdı.

2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Atiq tərəddüdsüz şəkildə könüllü olaraq ordu sıralarına yazıldı. O, cəbhəyə getmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün bir an belə düşünmədən addım atdı. Düşmənə qarşı göstərdiyi igidlik və rəşadət, onun necə cəsur, qorxmaz və mərd bir insan olduğunu bir daha sübut etdi.

Atiq İbrahimov Ağdərə istiqamətində gedən ağır və qanlı döyüşlərdə iştirak edərək, böyük şücaət göstərdi. O, döyüş yoldaşları üçün örnək, düşmən üçünsə qorxuya çevrilmişdi. Lakin qəhrəman oğlumuz bu döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, ən uca məqama — Şəhidlik məqamına yüksəldi.

Atiqin ölümü ilə təkcə bir ailə deyil, bütün Azərbaycan xalqı bir qəhrəmanını itirdi. Lakin onun adı və şücaəti qəlblərdə əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaq.

Allah Şəhidimizə rəhmət eləsin!
Ruhu qarşısında baş əyirik. Vətən Səninlə qürur duyur, Atiq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir