Universitet və sənaye inteqrasiyası: MDU-dan strateji addım
Universitetin mühəndislik ixtisaslarında təhsil alan tələbələri istehsalat təcrübəsini “Azəralmünium” MMC-də keçəcəklər.
Məqsəd – təhsil və istehsalatı birləşdirərək, müasir sənayenin tələblərinə cavab verən mühəndis kadrlar yetişdirmək, tələbələrin biliklərini real iş mühitində tətbiq etmək və elmi-innovativ layihələrlə inkişafı sürətləndirməkdir!
Əməkdaşlıq çərçivəsində aşağıdakılar razılaşdırılıb:
Sənaye mühəndisliyi, Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları, eləcə də Elektroenergetika üzrə ixtisaslaşmaslarının tədris proqramları və sillabuslarının təkmilləşdirilməsi və sənaye yönümlü olması;
Müvafiq ixtisaslarda təhsil alan tələbələrin istehsalat təcrübəsinin MMC-nin Gəncə İstehsalat Kompeksində keçməsi;
Magistrantların dissertasiya mövzuları müəssisənin real istehsalat problemlərinə həsr olunacaq və onların elmi rəhbərləri ilə yanaşı, müəssisədən də bir rəhbər təyin ediləcək;
Magistratura səviyyəsini yüksək göstəricilərlə bitirən məzunların Kompleksdə işlə təmin olunması.
Bu addım, universitetin təcrübi təhsilə keçidini, akademik potensialın sənayeyə yönəldilməsini və ölkənin sənaye inkişafına töhfə verəcək kadrların hazırlanmasını təmin edir.
“Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov başda olmaqla, rəhbərliyinə bu əməkdaşlığın qurulmasına göstərdikləri dəstəyə görə təşəkkür edirik!