“Ulu öndərin əli hələ də çiynimdədir” 92 yaşlı müəllimin yaddaşında iz buraxan görüş
92 yaşlı müəllim:”Mənim çiynimdə ulu öndərin əlinin izi var, Heydər Əliyev mənə demişdi ki,sən yaxşı müəllim olacaqsan”.

Elə şəxslər var ki, onların nurlu siması, hikmətli sözləri və müdrik məsləhətləri ömür boyu unudulmur. Bu müqəddəs insanlar – müəllimlərdir. Müəllim sözünün özündə belə bir ucalıq, bir müdriklik var. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev müəllimin cəmiyyətdə tutduğu mövqeyini yüksək qiymətləndirərək demişdir:

“Mən müəllim adından uca bir ad tanımıram”. Bəli, müəllim cəmiyyətin mənəvi memarlığını öz çiyinlərində daşıyan fədakar insandır.
Mingəçevirdə də yaşayan,hamının yaxşı tanıdığı belə fədakar bir müəllim ömründən bəzi məqamları öyrəndik. Ömrünün 92-ci baharını yaşayan bəlkədə unudulan bir müəllim, əmək veteranı Qəmər Muxtar qızı İsgəndərova ilə görüşdük.

Onunla görüşümüz qocaman müəllim üçün sanki bir xöş gün kimi oldu.Keçdiyi ömür yolundan sevə-sevə danışdı. Ürəyində misgili vardı. İki övlad itirib. 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı Xəzər dənizində faciə zamanı Qəmər müəllimin də oğlu İnqilab İsgəndərovda vardı.Sanki ananın gözləri hələ də yollarda,qulağı səsdədir.Bir qız övladını da itirib.Hazırda iki övladı nəvə nəticələrindən güc alaraq yaşayır.

Həmsöhbətimiz Yevlax rayonunun Xanabad kəndində 1934-cü ildə dünyaya göz açıb. Elə həmin kənddə də ali təhsil aldıqdan sonra ilk pedoqoji fəaliyyətə başlayıb. 1956-cü ildən Mingəçevirə gəliblər və pedoqoji fəaliyyətini Mingəçevirin bir neçə məktəblərində öz ixtisası üzrə azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Bu illər ərzində olan xatirələrini bizimlə bölüşən Qəmər xanım onun bir müəllim kimi valideyinlərin,şagirdlərinin yaddaşında yaxşı müəllim kimi qalmağından söz açdı.”Yaxşı müəllim” olacaqsan sözünü ona ulu öndər Heydər Əliyev demişdi.O günləri Qəmər xanım belə xatırlayır:” Bərdə rayonuna şagirdləri və biz müəllimləri pambıq yığımına aparmışdılar.

Mən başıma yaylığımı və ətəyimə önlüyümü bağlayıb işimə başlayırdım ki,bir də gördük uzaqdan Heydər Əliyev biz tərəfə gəlir.Tez yaylığımı və önlüyümü açıb öndərlə salamlaşdım.Bizimlə hal-əhval tutduqdan sonra əlini mənim çiynimə qoyub ded:” qızım səndən yaxşı müəllim olacaq”. O əli hələ də çiynimdə hiss edirəm. Müəllimlik peşəsinə,şagirdlərə sevgim birə on artdı. İşlədiyim illər ərzində əmək veteranı adı,saysız-hesabsız fəxri fərmanlar almışam.
Öz peşəmi sevərək icra etmişəm”.
Belə müəllimlər unudulmazlıq qazanmalıdır hələ gənc yaşlarından müəllim kimi fəaliyyətə başlayıb, uzun bir yola çıxdı, qara saçlarını bəyazladı, yaşa doldu, lakin yarım əsrlik bir dövr ərzində hər şeydən çox sevdiyi məktəbindən ayrılmadı. Onun üçün məktəb həyatın özü idi .55 illik pedoqoji fəaliyyəti dövründə təlim-tərbiyəsi ilə məşğul olduğu övladlarının həqiqi vətəndaşlar kimi formalaşması üçün Vətəninə, xalqına təmənnasız xidmət edib, təhsil sahəsində qüsursuz fəaliyyət göstərib, el-obada hörmət və sevgi qazanıb,şagirdlərinə həm ana,həm də müəllim olub.
Esmira Hidayətova,Mingəçevir.