Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahibi.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının ümumi-cərrahı Məhəmməd Quliyev 41 ilə yaxındır ki,öz şəfalı əlləri ilə pasiyentlərin xidmətində dayanır.
Azxeber.info xəbər saytı ilə həmsöhbət olan həkim, həyatının mənasını sabahlar insanlara bu günün hədiyyəsidir kimi dəyərləndirdi. Həkim deyir ki, həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir və öz peşəsini də sevə-sevə icra edir. Söhbət əsnasında həkim pasiyentlərə onu da çatdırdı ki, xəstələr vaxtında həkimə müraciət etsinlər:” Xəstəliklər vaxtında aşkar olunanda daha effektli olur,müalicə üsulları tez kömək edir və xəstə tez sağalır. Amma xəstə özünü xəstəliyi ilə ölmcül xəstəxanaya çatdıranda həm biz həkimlərdə məsuliyyət daşıyırıq :”Xəstə ağırlaşanda deyirlər ki,həkim yaxşı həkim deyil. Xəstə vaxtında müraciət etsə heç əməliyyata da ehtiyac qalmır. Bu pasiyentimiz Aqil Abdullayev çox ağır vəziyyətdə bizə müraciət etdi.Şükürlər olsun çətinliklə də olsa biz onu həyata qaytara bildik”.
-Pasiyentlər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər və əməliyyat olunurlar?
– Yenə deyirəm gərək insan əvvəlcə öz sağlamlığının qeydinə qalsın. Bu gün daha çox xəstələr öd daşı,mədə yaraları,bağarsaq keçməməzliyi kimi xəstəliklərlə müraciət edirlər.Vaxtında aşkar olunanda effektli müalicə üsulları kömək edir”.
Xəstəxanada olarkən xəstə məmnunluğu ilə də rastlaşdıq.
Tibb müəssisəsində göstərilən xidmətdən razı qaldıqları üçün müəssisənin rəhbərliyinə və kollektivə pasiyentlər tərəfindən təşəkkür edilib. Eyni zamanda xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olan xəstələr onları əməliyyat edən, sağlamlığına qovuşduran həkim-cərrah Məhəmməd Quliyevə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova,Mingəçevir.