“Onlarında sevinməyə haqqı var” FOTO – VİDEO
Tərtər rayonunda fəaliyyət göstərən “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin balaca fidanları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçiriblər.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin balaca fidanlarının ifasında şən musiqilər,şeirlər,rəqslər təqdim olunub. Uşaqların sevimlisi şən klon və dövşanın tədbirə gəlişi balacaları çox sevindirib.
Tədbirdə mərkəzin qurucusu Kəyam Quliyev çıxış edərək gələn qonaqları salamlayıb.

Mərkəz haqqında məlumat verərək bildirib ki, uzun illər ərzində Tərtər rayonu cəbhə bölgəsi olub, qəhrəman tərtərlilər düşmənlə üzbəüz müharibə şəraitində yaşayıblar.

Mənfur düşmənin hərəkətləri, yaşanan stress insanların səhhətinə, psixoloji durumuna, xüsusən də dünyaya gələn körpələrin sağlamlığına ciddi təsir göstərib.

Hal-hazırda Tərtər rayonunda digər bölgələrə nisbətən xüsusi qayğıya ehtiyacı olan uşaqların sayının daha çox olması da elə bunun nəticəsidir deyib.

Daha sonra Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova,Tərtər qəzetinin redaktoru Svetlana Bağırova,Rızvan Həsənov İcra nümayəndəsi çıxış edərək balaca fidanları bayram münasibəti ilə təbrik ediblər.

Daha sonra bayram tortu kəsilib,tədbir şən musiqilərlə davam edib.
Qeyd edək ki, bu mərkəzin Tərtərdə fəaliyyət göstərməsi autizm, daun sindromu, nitq qüsurları, əqli inkişaf geriliyi və digər problemli övladları olan valideynlərin də ürəyincədir. Artıq bu xidmətlər üçün başqa rayonlara və şəhərlərə getməyəcəklər. İxtisaslı mütəxəssislər onların uşaqlarına hər cür yardım göstərirlər.
bu
“Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin rəhbəri,klinik-psixoloq Təranə Əmiraslanlının sözlərinə görə mərkəzdə lo-qoped, psixoloq, pedaqoq və düyü bütünləmə mütəxəssisləri fəaliyyət göstərir.
Fəaliyyətləri ilə bağlı saytımıza məlumat verən mərkəzin qurucusu Kəyam Quliyev deyir:
“Ailədə xəstə uşağın nə olduğu və bununla bağlı valideynlərin keçirdiyi hisslər mənə də məlumdur. Çünki öz övladımı məktəbə apararkən müəllimin söylədiyi fikirləri və bununla bağlı yaşadıqlarını hələ də unutmamışam. Məhz bundan sonra qərara aldım ki, Tərtərdə belə bir mərkəzin açılışına nail olum.
Artıq bir ildən çox fəaliyyətə bağlayan mərkəzin uğurları artmaqdadır. Bu öz sağlamlıqlarına qoşulan valideyinlərin fikirləridir. Bizimlə həmsöhbət olan valideyinlər deyir ki, autizm, daun sindromu, nitq qüsurları, əqli inkişaf geriliyi və digər problemli övladlarını bu mərkəzə etibar edirlər. Onlar bildirir ki, artıq bu xidmətlər üçün başqa rayonlara və şəhərlərə getmirik. İxtisaslı mütəxəssislər onların uşaqlarına hər cür yardım göstərirlər. Bu mərkəzin Tərtər rayonunda fəaliyyət göstərməsi həm valideynlərə köməkdir, həm də, sözsüz ki, uşaqlarda yaxşılığa doğru dəyişikliklər baş verir. Bu xeyirxah işi görənlərə valideyinlər öz minnətdarlıqlarını bildirirlər.
Esmira Hidayətova,Tərtər.