Natiq Qasımovun irsi ilə Zəfərə adlı intelektual yarış keçirilib – FOTO – VİDEO
“Natiq Qasımovun irsi ilə Zəfərə ” adlı intelektual yarış keçirilib.
Mingəçevir şəhər ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdləri arasında
“Natiq Qasımovun irsi ilə Zəfərə ” adlı intelektual yarış təşkil olundu. Yarış Mingəçevir şəhər təhsil sektorunun təşkilatçılığı ilə keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bilik yarışına Mətkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir ümumtəhsil müəssisələrinin şagirdləri qatılıb. Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək bütün komandalara uğurlar arzu edib və qeyd edib ki,qəhrəmanımızın adına ilk dəfə olaraq belə bir yarış təşkil etdik.
Daha sonra Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq bildirib və şagirdlərə üzünü tutaraq onlara “qəhrəman olun”amma döyüş bölgələrində yox,təhsilinizlə,biliyinzlə Natiqin adını uca tutun deyib.
Şagirdlərin həyacanla gözlədikləri yarışa start verilib. Komandalar birincilik uğrunda mübarizə aparıblar.
Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə görə birinci yerə Təbiət Riyaziyyat Humanitar Elmlər təmayüllü liseyin komandası, II yerə 18 nömrəli tam orta məktəbin komandası, III yerə 19 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür.
Sonda qalib komandalara kubok və sertifikatlar təqdim olundu.







Esmira Hidayətova,Mingəçevir.