Nəcəfli Oruc Rövşən oğlu

0
InShot_20250519_161300036

Nəcəfli Oruc Rövşən oğlu – 6 noyabr 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 1996–2007-ci illərdə Nizami Gəncəvi adına 8 nömrəli orta məktəbdə təhsil alıb. 2011-ci ildə Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisasını bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb.

Vətən müharibəsində – torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərib. Əsgər Oruc Nəcəfli 6 noyabr 2020-ci il tarixində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nəcəfli Oruc Rövşən oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir