Mingəçevirin dirçəlişinə rəhbərlik edən şəxsiyyət – İlham İsmayılovun uğurlu idarəçilik fəaliyyəti

0
InShot_20250714_234424664

Mingəçevir şəhərinin son illərdəki sürətli inkişafı, müasir infrastruktur layihələrinin uğurla icrası və şəhər sakinlərinin sosial rifahının yüksəldilməsi birbaşa şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə Mingəçevir yalnız Azərbaycanın enerji mərkəzi kimi deyil, eyni zamanda abadlıq, yenilənmə və vətəndaş yönümlü idarəçilik baxımından nümunəvi bir şəhərə çevrilmişdir.

İlham İsmayılov müasir və məsuliyyətli idarəçilik üslubu ilə seçilir. O, sakinlərlə daim birbaşa təmasda olur, onların problemlərinə diqqətlə yanaşır, qaldırılan məsələlərin operativ və səmərəli həlli üçün bütün imkanlardan istifadə edir. Şəhərin küçə və məhəllələrinin abadlaşdırılması, sosial infrastrukturun – məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin yenilənməsi istiqamətində həyata keçirilən layihələr onun uzaqgörən və sistemli fəaliyyətinin nəticəsidir.

Sadəliyi, səmimiyyəti və prinsipial mövqeyi ilə tanınan İlham İsmayılov Mingəçevirə sadəcə rəhbər kimi deyil, doğma şəhər kimi yanaşır. Onun fəaliyyəti yalnız sözlə deyil, real işlərlə ölçülür və hər bir sakin bu inkişafın şahididir. Təsadüfi deyil ki, şəhər ictimaiyyəti onu daim xalqla iç-içə olan, Mingəçevirin sabahını düşünən və fəaliyyətini nəticəyə yönəldən bir rəhbər kimi qiymətləndirir.

Hörmətli İlham müəllim!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Mingəçevirimizin inkişafı naminə gördüyünüz məsuliyyətli və gərgin fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Sizin rəhbərliyinizlə şəhərimizin daha da gözəlləşəcəyinə və sakinlərin rifah səviyyəsinin yüksəlməyə davam edəcəyinə əminik.

Doğum gününüz mübarək olsun!

Xəbərlər informasiya portalının kollektivi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir