Mingəçevirdə yağan intensiv yağışlar fəsadlar törədib – İcra başçısı əraziyə gəldi
İntensiv yağıntı nəticəsində Yevlaxın əkin sahələrinin suvarılması üçün istifadə edilən Havarlı suvarma arxı Mingəçevir şəhəri ərazisindən keçən hissədə daşıb. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, arxın daşması nəticəsində bəzi küçələrə və yaşayış evlərinin həyətyanı sahələrinə su dolub. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Şəhər icra hakimiyyətinin rəhbərliyi də sakinlərlə görüşüb. Yaranmış fəsadlarların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Şəhərdə yağıntılı hava şəraiti davam edir.



Esmira Hidayətova,Mingəçevir.