Mingəçevirdə uşaq bağçalarında təmir işləri davam edir
Mingəçevir şəhərində 21 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir.

Ötən il avqust ayından Mingəçevir şəhər 2, 4, 6, 9, 13, 19 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında aparılan təmir-tikinti işlərinə başlanmışdır.

Aparılan tikinti-quraşdırma və konstruksiya işləri davam edir və artıq yekunlaşmaq üzrədir.Aparılan işlər valideyinlərin ürəyincədir.Onlar sevinirlər ki,artıq onlarında övladları təmiz,səliqəli və müasir uşaq bağçalarında təlim-tərbiyyə alacaqlar.
Təmir edilən 6 saylı “Dostluq”körpələr evi-uşaq bağçasında işlər yekunlaşmaq üzrədir.Bağçanın uzaqdan görnüşü diqqətimizi cəlb etdi.Əvvəllər bərbad vəziyyətdə olan uşaq bağçası bu gün artıq öz gözəlliyinə qovuşur desək yanılmarıq.
Bağçanın müdirəsi Günay Orucova bildirdi ki,bağça 1957-ci ildə istifadəyə verilib. Ötən il avqust ayından bağça təmirə dayandırılıb. Bağça 130 yerlik 7 qruppalıq bağçada 96 uşaq təlim-tərbiyə alır.
Qeyd edək ki, Mingəçevir şəhər 4 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir, şəhər 2, 6, 9, 13 və 19 nömrəli körpələr evi-uşaq bağçalarında isə cari təmir işləri aparılır.
Ətraflı video-çarxda.
Esmira Hidayətova,Mingəçevir.