Mingəçevirdə təhlükəli vəziyyət: Açıq kanalizasiya lyuku insan həyatı üçün təhlükə yaradır

0
IMG-20250712-WA0059

Bir neçə gün öncə Bakıda bir nəfərin kanalizasiya lyukuna düşməsi və cəsədinin hadisə yerindən kilometrlərlə uzaqda tapılması ölkə gündəmini silkələmişdi.

Eyni təhlükəli vəziyyət bu gün Mingəçevir şəhərində də yaşana bilər. Belə ki, şəhərin Nizami 6 ünvanında yaşayan sakinlər bildirirlər ki, binanın qarşısında insan ölçüsünə uyğun, dərin bir kanalizasiya lyuku günlərdir açıq vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin Mingəçevir şəhər idarəsinə dəfələrlə məlumat verilsə də, problemin həlli istiqamətində heç bir addım atılmayıb.

Sakinlər haqlı olaraq narahatdırlar: açıq lyuk həm uşaqlar, həm də böyüklər üçün ciddi təhlükə mənbəyidir. Gecə saatlarında və ya yağıntılı havada bu lyukun görünməməsi faciəyə səbəb ola bilər.

Ümid edirik ki, bu xəbərdən sonra Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov məsələni nəzarətə götürərək, aidiyyəti qurumlara problemin təcili həlli ilə bağlı göstəriş verəcək.

Məsələ ilə bağlı çəkilmiş videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir