Mingəçevirdə təbiət hadisəsinin yaratdığı fəsadlar aradan qaldırılır

0
IMG-20250418-WA0038

Aprelin 16-da ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevir şəhərində də mövcud olan qeyri-sabit hava şəraiti, leysan yağışları nəticəsində bəzi fəsadlar yaranmışdı.

Şəhərin Y.Muradov küçəsindəki 23 ünvanında 1 ədəd tut ağacı, Z.Həsənova küçəsində 11 nömrəli tam orta məktəbin yaxınlığında 1 ədəd akasiya ağacı, Y.Muradov küçəsində 37 ünvanında 1 ədəd tut ağacı və həmin küçədə 60 ünvanında 1 ədəd şam ağacı, Z.Həsənova küçəsində 1 ədəd şam ağacı, Heydər Əliyev Meydanındakı parkda 2 ədəd şam ağacı, Fizuli parkında 1 ədəd şam ağacı, Heydər Əliyev prospektindəki 50nömrəi binanın yaxınlığında 1 ədəd qurumuş tut ağacları, Samux küçəsi 1 ünvanında kökündən qoparaq aşmış 5 ədəd şam ağacı kökündən qoparaq aşmışdır.

Həmin ağaclar Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən doğranaraq yığışdırılıb götürülmüşdür. Həmçinin, 15 aprel tarixində yağan güclü yağış nəticəsində F.Abdullayev küçəsi Dəniz yolunu sel suları və lil palçıq basmışdır. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri həmin ərazilərdə də təmizlik işləri aparıblar.


Qeyd etmək lazımdır ki, şəhərin təmizliyinin təmin olunması, yaşıllığının qorunması, ağacların suvarılması və digər qulluqların göstərilməsi işini yerinə yetirən idarənin zəhmətkeş işçiləri sübh tezdən başlayaraq öz işlərinin icrasına başlayırlar.

Yağışlı, küləkli, isti və soyuq vaxtlarda, soyuq qış günlərində, qızmar yay aylarında daim iş üstündə olan bu əmək adamlarının xidməti təqdirəlayiqdir.

Onlar əhalinin təmiz şəhərdə yaşamasının bilavasitə təminatçılarıdırlar.Bu yaşıllığın,təmizliyin qorunub saxlanılmasında hər bir şəhər vətəndaşının borcudur.
Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir