Mingəçevirdə Şura iclası: Sosial-iqtisadi inkişaf və qarşıdakı hədəflər müzakirə olundu

0
FB_IMG_1752578355235

Mingəçevir Şəhər İcra Hakimiyyətində növbəti Şura iclası keçirilib. İclasda şəhərin 2025-ci ilin birinci yarımilliyi üzrə sosial-iqtisadi inkişaf göstəriciləri təhlil edilib, ilin ikinci yarısında həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Toplantıda Mingəçevirin müxtəlif sahələr üzrə əldə etdiyi nəticələr diqqətə çatdırılıb. Qeyd olunub ki, cari ilin ilk altı ayı ərzində şəhərdə iqtisadi fəallığın artması, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Gələcək dövrdə isə sosial rifahın daha da yüksəldilməsi, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin məşğulluq səviyyəsinin artırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib.

İclas çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Mingəçevir şəhərinə yeni təyin olunan baş ədliyyə müşaviri, ədliyyə polkovniki Pərvin Quliyev ictimaiyyət nümayəndələrinə təqdim olunub. Yeni təyinat alan prokuror çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib və şəhərdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyini vurğulayıb.

Şura iclasında uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual və mədəni inkişafı üçün yaradılmış imkanlar da geniş müzakirə mövzusu olub. Bildirilib ki, Mingəçevirdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir, mədəniyyət və idman müəssisələrində gənclərin fəal iştirakı təmin olunur.

Eyni zamanda, Şəhər İcra Hakimiyyətinə 2025-ci ilin ilk yarımilliyi ərzində daxil olan vətəndaş müraciətlərinə baxılması, sənədlərlə işin təşkili və əhalinin təklif-şikayətlərinin operativ şəkildə cavablandırılması vəziyyəti təhlil olunub. Qeyd edilib ki, vətəndaş məmnunluğunun artırılması və onların problemlərinin vaxtında həllinə nail olunması məqsədilə müvafiq tədbirlər davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir