Mingəçevirdə sakinlərlə növbəti səyyar görüş keçirilib
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayının 17-də şəhər 17 saylı məktəbin akt zalında keçirilib.

Görüşdə ŞPŞ rəisi Ədalət Əliyev, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari ilin əvvəlindən şəhərdə icrasına başlanan abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu işlərin əsas məqsədi vətəndaşların rifah halının yaxşılaşdırılmasıdır.

Başçı qeyd edib ki,şəhərimizdə mərhələ mərhələ həyata keçirilən əsaslı təmir və quruculuq işləri bu il yeni sahələri əhatə edəcək.

Çıxış edən sakinlər üzləşdikləri problemlərlə bağlı məlumat veriblər.

Şəhər rəhbəri İlham İsmayılov aidiyyəti müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verərək sakinlərin iştirakı ilə ərazilərdə olmağı, problemlərin həllinə ciddi yanaşmağı tövsiyyə edib.


Esmira Hidayətova, Mingəçevir