Mingəçevirdə şahmat birinciliyi keçirilib. Qaliblər mükafatlandırıldı.

0
InShot_20250613_210419210

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun rəhbərliyi və UGİŞM və UGİM-in birgə təşkilatçılığı ilə 15 İyun Qurtuluş gününə həsr edilmiş tədbir təşkil olunub.


Konstitusiya və Suverenlik ili çərçivəsində Mingəçevir şəhərində müxtəlif idman yarışlarına start verilib. Gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi üçün müxtəlif idman yarışları təşkil edilib. Bu da gənclərdə idmana olan marağı artırır.

Bu yarışlardan biri də yeniyetmələr arasında keçirilən şahmat birinciliyi olub. Yarışlara qatılan şahmatçılar birincilik uğrunda mübarizə aparılblar və qaliblər rəhbərlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anmaqla başlayıb.


Şahmat turniri birinciliyinə həsr olunmuş tədbirdə çıxış edən Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova bildirib ki,bu kimi turnirlərin keçirilməsində əsas məqsəd şagirdlər və yeniyetmələr arasında vətənpərvərliyi aşılamaq,milli qurtuluş gününü şagirdlərə aşılamaq, şagirdlər və yeniyetmələr arasınd şahmat oyununun papulyarlığını artırmaqdır.
Sevinc Həsənova yeniyetmələrə uğurlar arzulayıb.


Yarışın qaydaları barədə Şahmat məktəbinin direktoru Sərvər Hüseynov məlumat verib.
Yarışa start verilib.Oyundan sonra Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun fəalları milli musiqi nömrələri ilə çıxış ediblər.


Sonda qaliblərin mükafatlandırması keçirilib.Qaliblər diplomlarla təltif olunub,xatirə şəkilləri çəkilib.


Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir