Mingəçevirdə qanunsuz tikililərin sökülməsi istiqamətində tədbirlər davam etdirilir

0
InShot_20250530_124817048

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının 1 və 2 saylı ərazi nümayəndəliklərinin əməkdaşları tərəfindən şəhərdə qanunsuz tikililərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Bu çərçivədə Qres qəsəbəsinin Naxçıvan və şəhərin Cəmil Əliyev küçələrində yerləşən bir sıra qeyri-qanuni tikililər aşkarlanaraq sökülüb.

 

Söküntü prosesi Azərbaycan Respublikasının şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyinə əsasən, müvafiq hüquqi prosedurlar gözlənilməklə həyata keçirilib.

Qanunsuz tikililərin müəyyən olunması və aradan qaldırılması, həmçinin şəhər ərazisində infrastrukturun qorunması və abadlaşdırma işlərinin effektiv təşkili məqsədi daşıyır.

İcra Hakimiyyəti nümayəndələri bildiriblər ki, bu cür tədbirlər şəhərsalma qaydalarının pozulmasının qarşısını almağa və əhalinin təhlükəsiz mühitdə yaşamasını təmin etməyə yönəlib. Həmçinin əlavə olunub ki, qanunsuz tikinti hallarına qarşı mübarizə davamlı xarakter daşıyacaq və növbəti mərhələlərdə digər ərazilərdə də analoji nəzarət tədbirləri həyata keçiriləcək.

Mingəçevir Şəhər İcra Hakimiyyəti vətəndaşlara çağırış edərək, tikinti işləri aparmazdan öncə müvafiq icazələrin alınmasının vacibliyini bir daha xatırladır və hər kəsi şəhərin inkişafı və abad görünüşünün qorunmasına dəstək olmağa dəvət edir.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir