Mingəçevirdə ağır yol qəzası baş verib: BMW markalı avtomobil bir neçə dəfə aşıb
İyun ayının 5-də, saat 20:40 radələrində Mingəçevir şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yeni qəsəbənin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı minik avtomobili idarəetmədən çıxaraq bir neçə dəfə aşıb. Qəzanın səbəbləri və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.