Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə mütəmadi səyyar görüşlər təşkil edir

0
InShot_20250515_195709096

Belə görüşlərdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri narahat edən problemlərin həlli ilə bağlı yerindəcə tapşırıqlarını verir.

Bu günlərdə belə görüşlərdən biri də Az.DRES qəsəbəsi,Milli Qəhrəman Natiq Qasımov adına 4 saylı tam orta məktəbin akt zalında keçirilib.Görüşdə əraziyə yaxın sakinlər iştirak edib.


Səyyar görüşdə ŞPŞ-rəisi,polis polkovniki Ədalət Əliyev, , İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

Əvvəlcə icra başçısı görülən və daha görüləcək işlər barədə geniş məlumat verib. Bir neçə həlli vacib məsələlərə aydınlıq gətirib.


Görüşdə çıxış edən sakinlər görülən abadlıq-quruculuq işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən bəhs etdilər.

Onların iradlarını dinləyən icra başçısı problemlərin həlli ilə bağlı aidiyyatı qurumlara göstərişlərini verib.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir