Mingəçevir polisi maarifləndirici tədbirləri davam etdirir

0
IMG-20250521-WA0047(1)

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.

 

Dövrün ən böyük bəlalarından olan narkomaniya, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir.

Təəssüflər olsun ki, ölkəmizdə gənclər arasında psixoaktiv maddə qəbul edənlərin sayı artmaqdadır. Belə hesab etmək düzgün olmaz ki, psixoaktiv maddə qəbul edənlər yalnız qeyri normal ailədən olan uşaqlardır.

Hətta, normal təməli, tərbiyəsi olan ailələrin övladlarında da bu hallara az təsadüf edilmir.


Bu məqsədlə gənclər arasında maarifləndirici tədbirlər şəhər polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilir. Mingəçevir şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil müəssisələrində mütamadi olaraq “Narkomaniyaya yox deyək” və digər zəzərli vərdişlər mövzusunda tədbirlər həyata keçirilir,şagirdlər bu mövzularda polis əməkdaşları tərəfindən maarifləndirilir.
Belə tədbirlərdən biri bu gün şəhərin 7 saylı tam orta məktəbində keçirilb. Əvvəlcə şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.


Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. Həmçinin, şagirdlərə DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.


Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı mübarizənin təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində, ailədə davamlı olaraq aparılmasının vacibliyi vurğulanıb. Sosial şəbəkələrin gənclərin həyatında rolu, müsbət və mənfi tərəfləri barədə şagirdlərə geniş məlumatlar verilib.

Həmçinin şagirdlərlə “Narkomaniyaya yox deyək”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək”mövzularında maarifləndirici söhbətlər aparılıb.

Polis əməkdaşları valideyinlərə də çağrış ediblər. Unutmaq lazım deyil ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır.

Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin,ailənin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, “ağ ölüm”ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Bu mübarizə isə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumaq deməkdir.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir