Mingəçevir Dövlət Universitetinə tələbə qəbuluna uyğun olaraq Mingəçevir abituriyentləri ilə görüş keçirilib.

0
IMG-20250617-WA0067

2025-ci ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetinə (MDU) 2025/2026-ci tədris ilində tələbə qəbulu ilə bağlı təbliğat-təşviqat proqramına uyğun olaraq Mingəçevir şəhərinin məktəb və liseylərinin məzunları ilə görüş keçirilib.

Mingəçevir şəhər 17 saylı tam orta məktəbdə keçirilən görüşdə universitetin akademik-inzibati heyət üzvləri, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun nümayəndələri, Mingəçevirli məktəb və lisey məzunları və onların müəllimləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Mingəçevir şəhəri üzrə Təhsil sektorunun məsləhətçisi Pərviz Seyfullayev görüşün təşkili məqsədi barədə məlumat verərək abituriyentlərə uğurlar arzulayıb.

Giriş nitqindən sonra universitetin tanıtımı ilə bağlı video-çarx nümayiş etdirilib.

Sonra, MDU-nun rektoru Anar Eminov universitet haqqında məlumatlandırıcı çıxış edib.

O, MDU-nun tədris imkanları, maddi-texniki bazası, xarici dil biliklərinin inkişaf etdirilməsi imkanları, universitetin sosial-mədəni mühiti, tələbələr üçün yaradılan imkanlar barədə iştirakçıları məlumatlandırıb.

Sonra, universitetin nümayəndələri tərəfindən MDU-da tələbə qəbulu aparılan ixtisasları, beynəlxalq əlaqələri, tələbə-müəllim mübadiləsi və asudə vaxtının səmərəli təşkili ilə bağlı çıxışlar edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, universitetlə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.

Bu cür görüşlər bölgələrdə yaşayan gənclərin ali təhsil barədə məlumatlılığını artırmaq və onların düzgün ixtisas seçimi etməsinə dəstək vermək baxımından mühüm əhəmiyyət kəsb edir.


Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir