Mingəçevir çimərliyi və körfəzlərdə reydlər aparılmışdır.

0
IMG-20250710-WA0075

Vətəndaşların Şəhər İcra Hakimiyyətinə müraciətlərini nəzərə alaraq Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə 10.07.2025-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11 saylı Mərkəzi Aran Regional Bölməsinin məsul şəxslərinin iştirakı ilə şəhər çimərliyi və körfəzlərdə reydlər aparılmışdır.


Reyd zamanı əvvlcədən hazırlanmış lövhələrdə qeyd olunmuş: “ÇİMƏRLİYƏ GİRİŞ VƏ ÇİMƏRLİKDƏN İSTİFADƏ ÖDƏNİŞSİZDİR! QAYNAR XƏTT: ŞİH:0242744600; ŞPŞ:0242752604” çimərlik ərazilərin giriş hissələrinə bərkidilərək çimərlik ərazilərdən istifadənin ödənişsiz olduğu qeyd olunmuşdur.


Eyni zamanda sosial şəbəkələrdə çimərlikdən istifadə etmək istəyən vətəndaşlar üçün maarifləndirici video roliklər qoyulmuşdur.

Ərazilərin təmizliyi, məişət tullantıları üçün nəzərdə tutulmuş yerlərdən istifdə, çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, sanitar-gigiyena qaydalarına əməl edilməsi barədə tövsiyələr olunmuşdur.

Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir