Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə 45 –ci “Son zəng”çalındı
Bu gün Mingəçevirin bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirildi. Təhsil Nazirliyinin xəbərdarlığına əsasən, məktəblərdə tədbirlər 10:00-da başlayıb və tədbirlər nazirliyin təlimatına uyğun şəkildə keçirilib.

Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 saylı tam orta məktəbdə də “son zəng”tədbiri verilən təlimata uyğun şəkildə keçirildi. Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov,təhsil sektorunun müdiri Sevinc Həsənova, birinci və ikinci Qarabağ müharibəsinin qaziləri,valideyinlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzun günü münasibətilə təbriklərini çatdırdı, məzunlara sonrakı təhsilərində və fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.

Yolunuz açıq olsun dedi, yeni yolun astanasında qərar tutan yeniyetmələrə uğurlar arzuladı. Məktəbin son, gələcəyinizin isə ilk günü yolunuz açıq, addımlarınız uğurlu olsun deyərək bu gün səslənən son zəng növbəti həyat mərhələniz üçün uğurlu olsun dedi.

Məktəbin direktoru Zaur Museyibov məzunlara qarşıda onları həyatın enişli-yoxuşlu sınaqları gözlədiyini, bütün bu sınaqlardan uğurla davam etmələrini arzuladı. Direktor çıxışında məktəbin əldə etdikləri naliyyətlərdən söz açıb.

Bildirib ki,63 şagird 11-ci sinifi bitirir,62 şagird isə 600-dən çox bal toplayıb. Ən yüksək bal 611-607-dir.500-dən yuxarı 8 şagird bal toplayıb və onlarda 2-ci tura hazırlaşırlar.Qeyd olunub ki,ötən ilə nisbətən bu il artım müşahidə edilir.

Həmçinin o da qeyd olunub ki,məktəb fənn olimpiadasında iki ildir ki,ard arda məktəbə medallar gətirib.Məktəbin uğurlarını saymaqla bitmir.Mingəçevir təhsilində ilk dəfə olaraq olimpiadalarda bu məktəbin şagirdləri qalib olub.
Ümumiyyətlə məktəbin qalibləri və naliyyətləri çoxdur. Direktor bildirir ki,”çalışırıq ki, qəhrəmanımızın adına layiq bir məktəb kimi formalaşaq”.

Daha sonra təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək məzunlara uğurlar arzulayıb,Mingəçevirin təhsilindəki uğurlardan söz açıb.Qeyd edib ki,Mingəşevirin təhsilindən bu il 1202 tədris ilini başa vuran məzundan 120 nəfəri fərqlənmə attestatı ilə tam orta təhsil pilləsini başa vurur.Hər 10 şagirddən biri fərqlənmə attestatı alıb.Bütün bu naliyyətlərin qarşısında müəllimlərin böyük əməyi və şagirdlərin yüksək potensialı dayanır.

Tədbirdə qazilər də çıxış edərək məzunlara ən xoş arzularını çatdırıblar.
Sonda fərqlənən şagird və müəllimlər tərifnamə vətəşəkkürnamə ilə təltif olunublar.

Tədbir şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Esmira Hidayətova,Mingəçevir.