MDU “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur.
Əməkdaşlığın əsas məqsədi – elmi bilikləri müasir istehsalatla birləşdirərək, enerji sahəsinin tələblərinə uyğun peşəkar mühəndis kadrların hazırlanması, innovasiya fəaliyyətinin gücləndirilməsi və universitetin sənayeyə inteqrasiya olunmuş tədris modelinə keçidini təmin etməkdir.

Əməkdaşlıq çərçivəsində aşağıdakılar razılaşdırılıb:
Energetika ixtisasları üzrə dərslərin “Azərbaycan İES” MMC-də keçirilməsi;
Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi ixtisaslarının sənaye yönümlü proqram əsasında yenilənməsi;

Universitetin stansiyada Təhsil Mərkəzinin açılması;
Müvafiq ixtisasların tədris proqramları və dərs sillabusuları stansiyanın tələblərinə uyğunlaşdırılması;
Tələbələrin istehsalat təcrübəsini “Azərbaycan İES” MMC-nin Təlim Mərkəzində keçməsi;
Müəssisə mütəxəssislərinin tədris prosesinə cəlb olunması, universitet müəllimlərinin isə istehsalat prosesinə inteqrasiyası;
Birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və enerji sahəsində innovativ həllərin hazırlanması;
Magistr dissertasiyası mövzularının müəssisənin ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və müəssisədən də elmi rəhbər təyin olunması;
Dərs vəsaitlərinin birgə işlənilməsi;
İstedadlı və uğurlu məzunların işlə təmin olunması və kadr potensialının davamlı inkişaf etdirilməsi.

Bu əməkdaşlığın universitetin tətbiqyönümlü təhsil konsepsiyasına və ölkənin enerji sektoruna dəyərli töhfələr verəcəyinə inandığını bildirərək “Azərbaycan İES” MMC rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edirik!