Mərkəzi Aran Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal
Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinə rəhbər təyin olunub.
“Azxeber.İnfo”nun məlumatına görə, Həmid Qasımov 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə bakalavr, 2014–2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə ali təhsil alıb. Bundan əlavə, 2019–2021-ci illər arasında Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistr dərəcəsi qazanıb.
Peşə fəaliyyətinə 2008-ci ildə başlayan Həmid Qasımov, İsmayıllı rayonunun Xəlilli kənd tam orta məktəbində müəllim və direktor müavini kimi çalışıb. 2015–2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində əvvəlcə sədr müavini, daha sonra sədr vəzifəsini icra edib. 2020–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021–2024-cü illərdə isə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi kimi fəaliyyət göstərib.
Son olaraq, o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.