Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşı səhhətində problem olan vətəndaşı ziyarət etdi

0
InShot_20250712_193511603

Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 14 saylı Mənzil-istismar Sahəsinin tərbiyəçi müəllimi Zeynalova Şəbnəm sosial məsuliyyət və humanist dəyərlər çərçivəsində səhhətində ciddi problem olan bir vətəndaşı ziyarət edib.

Zeynalova Şəbnəm Mingəçevir şəhəri, Nizami küçəsi, ev 7, mənzil 67 ünvanında yaşayan serebral iflic xəstəliyindən əziyyət çəkən Abbaslı Əli Nizami oğlunun evinə baş çəkərək onun vəziyyəti ilə yaxından maraqlanıb. Görüş zamanı ailənin mövcud şəraiti, gündəlik qayğıları və ehtiyacları yerində öyrənilib.

Qeyd edək ki, bu cür ziyarətlər həm də cəmiyyətin sosial həmrəylik prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Sosial rifahın artırılması, fiziki imkanları məhdud şəxslərə dəstəyin göstərilməsi istiqamətində atılan bu cür addımlar ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Xəbərlər informasiya agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir