İşğaldan Azad Olunmuş Şəhərlərdə İlk Dəfə Buraxılış İmtahanı Keçirildi

0
InShot_20250413_141254261

13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilib.
İşğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda
-Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird
-Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird
-Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edib.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmuşdur.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur .

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir