İcra başçısı: Son beş ildə Mingəçevirdə 245 yaşayış binası əsaslı şəkildə təmir olunub”.

0
IMG-20250612-WA0103

Mingəçevirin icra başçısı İlham İsmayılov növbəti səyyar görüş keçirdi .
Mingəçevir şəhər Təbriz küçəsi 3,5,7,9 ünvaının sakinləri ilə səyyar görüş keçirildi.

Görüşdə sakinlərlə yanaşı İcra Hakimiyyətinin məsul şəxsləri,Bələdiyyə,Təhsil sektoru,idarə,müəsissə rəhbərləri iştirak ediblər.


İlk öncə icra başçısı Mingəçevir şəhərində son beş ildə görülən işlərdən və bu ilin planında olan və həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına geniş məlumat verib.

Qeyd edib ki,son beş ildə Mingəçevirdə 245 yaşayış binası əsaslı şəkildə təmir olunub. Şəhərdə 6 istirahət parkı yaradılıb, 3 park yenidən qurulub,2 parkın ərazisi genişləndirilib.

87 küçə,2 dairə və 50 dalanda asfaltlanma işləri aparılıb.Son beş ildə şəhərdə 2157 işıq nöqtəsi artırılıbdır. Beş il ərzində şəhərdə 17 nümunəvi məhəllə yaradılıb.
Bu ilin planında isə 17 küçə 20 dalanda asfaltlanma işləri, 30 binada əsalı təmir işləri görüləcək.Eyni zamanda Təbriz küçəsi 3,5,7,9 saylı binalar əsaslı şəkildə təmir olunacaq.

Həmçinin bu il H.Əliyev pr boyu iki xiyabanın nümunəvi formada yenidən qurulması,27 küçə və dalanda (keçmiş havarlı küçəsi) işıqlanması,6 məhəlləni abadlaşdırıb nümunəvi formaya salınması nəzərdə tutulub.
İcra başçısı qeyd edib ki,bütün bunların hamsı ölkə prezidentinin insanlar üçün lazımı şəriatin yaradılması üçün verilən tapşırıqların icrasıdır.

Səyyar görüş zamanı vətəndaşlar onları narahat edən problemlərdən, küçə itlərinin günü-gündən artması,binaların zirzəmisində kanalizasiya sistemlərində yaranan problemlər və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir