Dövlət qulluqçuları peşə bayramlarını qeyd etdilər

0
IMG-20250623-WA0047(1)

İyunun 23-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etmiş, dövlət qulluğunun yaranma tarixindən, onun inkişaf mərhələlərindən söhbət açaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.

Dövlət qulluğunda çalışanlara işlərində uğurlar arzulamaqla gələcək fəaliyyətlərində daha səmərəli işlər görməyi, məsuliyyətlə çalışmağı tövsiyyə etmişdir.

Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncam ilə dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşın təlitif olunduğunu diqqətə çatdırmış, fərəh hissi ilə bildirmişdir ki, onların arasında Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimia-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elşən Tofiq oğlu Əliyev də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirəm.


Tədbirdə Elşən Əliyev çıxış edərık ona göstərilən etimada görə ölkə prezidenti İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlığnı ifadə etdi. Sonra təqaüddə olan dövlət qulluqçuları Rizvan Mikayıllı, Mərkəzi Aran RMİ-nin nümayəndəsi Şəlalə Sadəddinova çıxış edərək təbriklərini çatdırıblar.

 

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir